Şou-biznes

Müğənni ÇƏTİN VƏZİYYƏTDƏ: Bütün maşınlarını satdı

23 Sentyabr 2016 13:47
6 Şərh     Baxış: 5 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar müğənni Elariz Məmmədoğlu hazırda maşınsızdır. Bu günədək üç avtomobili olan Elariz hansı səbəbdən maşınları ilə vidalaşıb?

Milli.Az bildirir ki, bu barədə atv.az-a açıqlama verən Elariz borcları olduğunu və borclu qalmağı sevmədiyinə görə bu addımı atdığını deyib: "20 min dollar borcum var idi və buna görə çox sıxılırdım, çünki borclu qalmağı xoşlamıram. Maşınlarım da artıq köhnəlmişdi, fikirləşdim ki, satım, borcumu da verim, onlardan da qurtulum. Düzdür, bəzi həmkarlarım kimi velosipedə keçmək fikrim yoxdur, ondansa nə qədər ki, qocalmamışam, piyada gəzməyə üstünlük verərəm. Bir də ki, maşınla da, maşınsız da mən elə Elarizəm və həyatda özümə görə hörmət qazanmışam, avtomobilimə görə yox!"   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.