Şou-biznes

Bakıda konsert keçiriləcək - VİDEO - FOTO

22 Sentyabr 2016 15:57
Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabırın 29-da Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi mahnılardan ibarət konsert proqramı keçiriləcək.

"Mənim Dünyam" adlı konsert proqramında Respublikamızın sevilən və populyar sənətkarları xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Nəzakət Teymurova, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Mirzəyeva, Yadigar Muradov, tanınmış müğənnilər Nazim (faytonçu), Arzu Rzayev, Tacir Şahmalıoğlu, Mirkamil Mirkamilov, Könül Məmmədli və Yaşar Muradov iştirak edəcəklər.

Müğənniləri səhnədə Nəsib Məhərrəmovun rəhbərliyi ilə "Şuşanın səsi" instrumental ansamblı müşaiət edəcək.

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə "Azərbaycanım mənim", "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Qonşu qız", "Azərbaycan oğluyam", "Qəşəngdir" kimi bir çox sevilən mahnılar bəxş edib. Ələkbər Tağıyev mahnı yaradıcılığı dövründə görkəmli sənətkar, SSRİ-nin və Azərbaycanın xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarova, Xalq artistləri Məmmədbağır Bağırzadə, Nisə Qasımova və diğərləri ilə əməkdaşlıq edib. Ələkbər Tağıyevin mahnıları bu sənətkarların yaradıcılığında xüsusi yer tutub. Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.

Saat 19:00 başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Biletlərin qiyməti 10-50 manat təşkil edir.

Konsertin informasiya dəstəyi Trend.az, Day.Az və Milli.Az-a məxsusdu.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda konsert keçiriləcək

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.