Şou-biznes

"Röya ilə dostluğumuz..." - Samira - FOTO

22 Sentyabr 2016 14:51
4 Şərh     Baxış: 2 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nailə Mirməmmədlidən yeni lirik mahnı almışam. Məşq edirəm, yaxın günlərdə aranjmana verəcəm".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Samira Allahverdi deyib. 

İfaçı bildirib ki, bir neçə yeni mahnı üzərində çalışır:

"Ruhumu oxşamayan mahnını oxuya bilmərəm. Bir də təkrar mahnıları səsləndirməyi sevmirəm. Ən yaxşısı keçmiş mahnılara müraciət edərəm. Bu yaxınlarda məşhur "Ayrılıq" mahnısını da oxuyacağam. Əslində kədərli mahnıdır, amma gözəldir. Onu oxuyan kimi hamı zümzümə etməyə başlayır. 

Növbəti mahnım isə xaricdə yaşayan soydaşlarımız üçün olacaq".

S.Allahverdi yaxın rəfiqəsi, əməkdar artist Röya Ayxanla yenidən duet oxuyacaqlarını söyləyib:

"Biz Röya ilə görüşməsək də, tez-tez telefonla danışırıq. Özü Bakıda az olduğu üçün görüşə bilmirik. Biz dostluğu aşkara çıxarmaq üçün etmirik. Özümüz üçün münasibətimiz var. İkinci dəfə də duet oxumaq istəyirik. Sadəcə, yaxşı mahnı tapa bilmirik. Röya özü də deyib ki, yenə duet oxuyaq. Bəstə seçimində çox xırdaçılıqlar edirəm. Mahnı səsimizə uyğun olmalıdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.