Şou-biznes

Tanınmışlar "Ölülər"in qala-gecəsində - FOTO

22 Sentyabr 2016 11:18
1 Şərh     Baxış: 1 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri və rejissoru Tahir İmanovun çəkdiyi "Ölülər XXI əsr" adlı yeni filminin qala-gecəsi baş tutub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, məşhur "Ölülər" əsərinin müasir versiyası olan ekran işində Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Mehriban Xanlarova, Dilarə Əliyeva, Elxan Quliyev, Ziba Şücayi və başqaları rol alıblar.

Filmin ssenari müəllifi Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. 

Ekran işinin baş prodüserliyini Tahir və Cabir İmanov qardaşları ediblər.

"Ölülər XXI əsr" sound-trəkini müğənni Elçin Cəfərov səsləndirib. 

Təqdimat mərasiminə qatılanlar arasında xalq artisti Fəxrəddin Manafov, Faiq Sücəddinov, əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, aparıcılar Emin Musəvi, Nurlana Cəfərova, şair Baba Vəziroğlu və başqaları olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.