Şou-biznes

"Azad seks istəyirsinizsə..." - Murad Arif

21 Sentyabr 2016 17:57
69 Şərh     Baxış: 16 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünyanın başına hava gəlib. Xarici səhifələrdə, hər yerdə müharibə şəraitində ölən uşaqlardan çox, kişi kimi yaşamaq istəyən qadınların və qadın kimi yaşamaq istəyən kişilərin təəssübünü çəkən dünya ulduzlarını görürəm. "Bərabərlik" söhbətləri artıq iyrəncdir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif yazıb. 

Sənətçi eynicinslilərin nikahına qarşı olduğunu bildirib:

"Ona görə yox ki, kiminsə hüquqlarını danıram. Bilirsiniz ki, şou-biznes əhli olmaq mütəmadi şəkildə ən müxtəlif və "rəngbərəng" sənətçilərlə səmimi ünsiyyətdə olmaq deməkdir. İnsandılar, hər kəsin öz həyatı, öz qaydaları var. Burun soxmağa tərbiyəm yol verməz. Həm də Freddie Mercury, Oskar Uald, Çaykovski, Da Vinçi kimi dahiləri necə sevməyəsən? 

Amma bu ümumdünya təbliğatı ona görə iyrəncdir ki, sanki, sivil ölkədə yaşayan kişilərin rahatca kalqotka geyinmək hüquqları, acından, susuzluqdan ölən afrikalı, çirkab içində böyüyən, dilənən hindistanlı, zülmlə qırılan müsəlman körpələrin hüquqlarından üstündür. Elə bil diqqət yayındırırlar. Doğrudanmı, geylərin bərabərlik prinsipləri körpə qırğınından önəmlidir? Doğrudanmı, o göyqurşağı bayraqların təbliğatı planetin real ekoloji dərdlərindən önəmlidir? Bu nə isterikadır? Eynicinsli nikahlar ailə institutlarının təməl prinsiplərini dağıtmırmı? "Sevgi paylaşmaq" bəhanəsiylə bir uşaq 2 kişiyə "mama" və "papa" deməlidirmi?

Növbəti addım nədir? İnsest - bacı qardaşla, ana oğulla evlənəcəkmi? Zoofiliya - heyvanlarla cinsi əlaqə təbliğ olunacaqmı? Yoxsa sırada pedofiliyadır? Axı "azad seks" istəyirsinizsə, bu "azadlığı" hara qədər istəyəcəksiniz? 

Hardadır dünyanı barışa, sülhə, sevgiyə səsləyən ulduzlar? Hardadır mənəviyyata işləyən kliplər? Hara baxırsan, hamı öpüşür, bədənini açır... Şüarınız "Love wins" olsa da, sizdən "sevgi" duyulmur... Çox abartdınız!

Heç kəsin orientasiyasını mühakimə etmirəm. Əsla! Mən bu təbliğatın əleyhinəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.