Şou-biznes

"Bunu düşünəndə məni ağlamaq tutur" - FOTO

21 Sentyabr 2016 15:14
11 Şərh     Baxış: 3 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı hacı Nuran Hüseynov ötən gün Həcc ziyarətindən qayıdıb. 

Milli.Az bildirir ki, aparıcı keçirdiyi hissləri axşam.az-la bölüşüb:

"İlk dəfə 2003-cü ildə ziyarətdə olmuşam. Keçirdiyim hissləri təsəvvür etmək mümkün deyil. İnstaqram-da şəkil qoymayacağımı demişdim. Amma sonra müqəddəs yerləri gördüm, düşündüm ki, bu, bir təbliğatdır. Demişdim ki, sağalım qismət olsa, Həcc ziyarətinə gedim. Yaxşı insanlar məni bu arzuma çatdırdı. Sürpriz oldu, dedilər, pasportu ver, bilet alaq. Bir də gözümü açdım ki, təyyarədəyəm. Dostlarım, xalqım, torpaqlarımızın qayıtması, müharibənin bitməsi üçün dua etdim. Tanıdığım bir çox xəstə insanlar üçün şəfa dilədim".

Hacı Nuran yeni verilişlə efirə qayıtması ilə bağlı məsələyə aydınlıq gətirib:

"Veriliş olmalıydı. Ziyarətə getdim, vaxt uzandı. Özümü başqa sahədə görmürəm. Qismət olsa, istəyirəm. Bir-iki kanaldan dəvət almışam. Amma məkanı dəyişmək istəmirəm, "Xəzər" o qədər doğmadır ki... Bu kanalı çox istəyirəm".

Aparıcı bildirib ki, müayinə üçün yenidən Almaniyaya yola düşəcək:

"Səfərim gözlənilir, hər iki aydanbir müayinəyə getməliyəm. Hər dəfə uzadıram. Ora o qədər mənə darıxdırıcıdır ki, gedə bilmirəm. Üç-dörd il çox stress yaşamışam. Ora getməyi düşünəndə məni ağlamaq tutur. Xəstəxana beşulduzlu otel kimidir, amma yenə də iyi məni birtəhər edir. Bu yaxınlarda onkologiya mərkəzinə getdim, oradakı aparatları görmək belə məni pis etdi. Oktyabrın sonunda yenidən Almaniyaya gedəcəyəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.