Şou-biznes

Elton: "Rahat yata, dura bilmirəm"

21 Sentyabr 2016 14:19
4 Şərh     Baxış: 3 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rahat adamam, ətrafımda ancaq məni başa düşən insanlar var. Özümlə tək qalmağı sevirəm, hər şeydən tez yoruluram".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Elton Hüseynəliyev deyib. 

O, tez-tez telefon nömrəsi dəyişməsindən danışıb:

"İstirahət etməyi sevirəm. Tez yoruluram. Kaprizliyəm, amma yolagedənəm. Nəyisə tez-tez deməyi sevmirəm. Hamı mənə telefon nömrəmi tez-tez dəyişməyimi irad tutur. Çox zəng gəlir, bezirəm. Rahat yata, dura bilmirəm. Zənglərə cavab verməyəndə də, hamı küsür. Mənim prodüserim var, sözü olan ona yığsın. Hazırki nömrəmi prodüserim və ailəm bilir".

E.Hüseynəliyev sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:

"Son günlər hamısını "qara siyahı"ya atıram. Tənqidə açığam, amma təhqir yazırlar. Bunu isə qəbul etmərəm".

Aparıcı Nanə Ağamalıyeva ilə duet oxuyan ifaçı mahnının hazır olduğunu bildirib:

"Nanə Ağamalıyeva ilə duet oxumuşuq. İndi ona klip çəkdirməyi planlaşdırırıq. Ekran işini azərbaycanlı rejissora həvalə edəcəyik. Bəlkə, çəkiliş İstanbulda aparıldı".

E.Hüseynəliyevin xeyli çəki alması da diqqətdən qaçmayıb. O bildirib ki, hazırda pəhriz saxlayır:

"Əslində arıqlamışam, geyim kök göstərir. 6-7 kiloqram artıq çəkim var. Bir neçə gündür, yeməyimi azaltmışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.