Şou-biznes

Natəvan Həbibi sevgi üçün bu yola əl atdı

21 Sentyabr 2016 12:16
3 Şərh     Baxış: 2 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Natəvan Həbibi tamaşaçılarının sevgisini qazanmaq üçün maraqlı üsula əl atıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, o, sevənlərinin istək və arzularını nəzərə almaq üçün suallar tərtib edərək "instagram" səhifəsində yerləşdirib: "İfamda hansı mahnıları daha çox bəyənirsiniz: lirik, ya ritmik? Növbəti mahnı hansı janrda olsun? Yeni mahnılarım çoxdur, sizinlə bir yerdə seçək, hansını təqdım edim?"
 
Sosial şəbəkə dostları dərhal onun suallarını cavablandırıblar. Daha çox lirik janrı sevdiklərini yazan izləyicilər "Təyyarələr", "Ulduzlar", "Damlalar" mahnılarını seçiblər. Bəziləri isə seçimi onun öz ixtiyarına buraxıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.