Şou-biznes

Vüsalə: "Gəlsin, məşhur edim onu" - FOTO

20 Sentyabr 2016 15:52
13 Şərh     Baxış: 7 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Verilişdə bəzi dəyişikliklər oldu, ona görə də mövsüm açılışına gecikdik. Oktyabrdan yeni bölümlərlə efirdə olacağıq.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Vüsalə Əlizadə deyib. 

O bildirib ki, aparıcısı olduğu "Qadına görə" verilişində format dəyişiklikləri edəcək:

"Format dəyişiklikləri olacaq. Ancaq xanımlar üçün hər şeyin gözəlini təqdim edəcəyik. Veriliş studiyada olmayacaq, fərqli məkanlarda süjetlər olacaq. Dünyanın fərqli yerindən özəl müsahibələr, məsləhətlər olur. Dünyanın ən tanınmış ulduzlarının özəl açıqlamalarını verəcəyik". 

Sosial şəbəkədə son günlər təsirli şərhlər yazan V.Əlizadə bunla bağlı suallara belə cavab verib:

"Tək düşüncəm ailəm, övladımdır. Yazı qabiliyyətim var, oradan gəlir bu istedad. Hər gecə Allaha dua edirəm ki, sağlamlığıma dəymə, ruzimi kəsmə, onunla balamı saxlayım. Başqa heç nəyi və heç kimi ağlıma yaxın buraxmıram. Beynimin kənarlarına böyük divarlar çəkmişəm, mən icazə verməsəm, heç kim ora daxil ola bilməz. Nəyisə bölüşmək istəyirəm, telefonu əlimə alanda beynimdən süzülür. O sözlərin hamısı insanın yaşamından irəli gəlir. Bunu uydurmaq və kimdənsə oğurlamaq olmur. O sözləri yazan əsl Vüsalədir".
 
Aparıcı sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən söz açıb:

"Həyat bir bumeranqdır, hərlənir-fırlanır kiməsə sillə vurur. Əvvəl-axır kiminsə dövranı fırlanıb gələcək, sözünü deməyə imkanı olacaq. Allah heç bir bəndəsindən bu imkanı əsirgəmir. Sosial şəbəkədə səhifəm çox fəaldır. Kimi paxıllıqdan fikirlər yürüdür, kimi bekarçılıqdan. Şərh bölməsini bağlasam, fikirlərini bilməyəcəm. Fikir yazsınlar, təhqir etməsinlər. Pis şərh yazanlar uğuruma sevinməyən, paxıllığımı çəkənlərdir.

İnsanlar elə bilir ki, biz milyonçuyuq, yağ-bal içində üzürük. Bu sözü yazan xanımlara deyirəm ki, bir gün səhərdən axşama kimi yanımda olsun. Mənim çəkə bildiyim yükü qəbul etsə, əsəbə dözsə, həyatımı ona bağışlayıram. Gəlsin, məşhur edim onu, olsun Vüsalə Əlizadənin yerində. Axı dözüləsi deyil. Biz də getdiyimiz yerdən iradlar, başqa təkliflər eşidirik. Bunu tərbiyəsinə, əxlaqına uyğun qəbul edənlər və etməyənlər var. Biz getdiyimiz yerə pul xərcləyirik və ya hörmət qoyub nəyisə hədiyyə edirlər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.