Şou-biznes

Zirəddin Rzayev həyatını dəyişdi

20 Sentyabr 2016 12:06
48 Şərh     Baxış: 38 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öz istedadı ilə çoxsaylı tamaşaçıların qəlbinə yol tapan ekstrasens Zirəddin Rzayev həyatında böyük dəyişiklik edib. O, bundan sonra ekranlarda görünəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu dəfə proqram iştirakçısı deyil, "Dom 2" verilişinin model iştirakçısı Alyona Vodonayeva ilə veriliş aparacaq. "Layf" nəşrinin yaydığı məlumata görə, yeni layihə "Paranormal" adlanır. Bu proqram çərçivəsində aparıcılar qonaqlarla baş verən qeyri-adi, sirli hadisələri müzakirə edəcək, Rusiya şou-biznesinin məşhurlarının həyatındakı qaranlıq məqamları aydınlaşdıracaq.

"Çox şadam ki, Alyona kimi parlaq bir xanımın şirkətinin vasitəçiliyi ilə yenidən efirə qayıdıram. Bizim proqramın üstün cəhəti ondan ibarətdir ki, bu veriliş mistika ilə bağlı olan və müsbət ab-hava ilə yüklənən birinci veriliş olacaq. Hər kəs paranormal hadisələrin qara, mənfi tərəflərini görür, müzakirə edir. Bizdə qeyri-adi şeylərdən, mistikadan simamızda təbəssümlə, müsbət tərəflərindən danışacağıq", - deyə Zirəddin veriliş haqda rəy verib.

Verilişin yayımı sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində, Rusiyanın məşhur kanallarından birində planlaşdırılır. Verişilin çəkilişləri artıq start götürüb. Proqramın ilk buraxılışı lentə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.