Şou-biznes

Hansı məşhur Rəhim Rəhimlini ölkəni tərk etməyə məcbur edib? - FOTO

20 Sentyabr 2016 11:32
5 Şərh     Baxış: 4 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəhim Rəhimli canlı yayımda aparıcı Zaur Kamalın sualını cavabsız qoyub.

Milli.Az publika.az-a istinadən bildirir ki, Z.Kamal Rəhimin illər öncə Azərbaycanı kimin tələbiylə tərk etməsinin səbəbini soruşub.
 
Bunu açıqlamaq istəməyən Rəhim verilişdən sonra ona cavab verəcəyini bildirib. Aparıcı onun qulağına nəsə pıçıldayandan sonra isə Rəhim belə deyib: "Yox, niyə ki, Faiq Ağayev?"
 
Rəhim söhbət əsnasında Faiq Ağayevlə dost olduğunu da deyib.
 
Xatırladaq ki, Rəhim Rəhimli illər öncə Azərbaycanı tərk edərək uzun müddət Türkiyədə yaşadı. Bu da müxtəlif şayiələrə yol açdı. Onun Azərbaycandan qovulduğu da deyildi. Hətta həmin ərəfədə qardaş ölkədə burun əməliyyatları keçirən Rəhimin uğursuz cərrahiyyələr nəticəsində burnunun çürüməsi ilə bağlı da şayiələr dolaşdı. Azərbaycana qayıdan Rəhim isə Türkiyəyə bizneslə məşğul olmaq üçün getdiyini açıqladı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.