Şou-biznes

Əcnəbi ilə ailə quran 13 yerli məşhur - SİYAHI

30 Avqust 2016 18:00
10 Şərh     Baxış: 23 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənət aləminin bir çox tanınmış simaları əcnəbi vətəndaşla ailə qurublar.

Axşam.az əcnəbiyə ərə gedən və xarici ölkə vətəndaşı ilə ailə quran tanınmışların siyahısını təqdim edir:

Aktrisa Məlahət Abbasova Türkiyə vətəndaşı ilə ailə qurub, iki övladı var. 

Müğənni Yeganə Mürsəlova Fateh adlı Türkiyə vətəndaşı ilə ailəlidir, Ömər adlı oğlu var. 

Müğənni Dilarə Kazımova Türkiyə vətəndaşı olan Mert Aslanla ailə qurub. İfaçı bir müddət əvvəl ayrıldığını açıqlayıb.

Müğənni Aygün İsmayılova Haluk Miyak adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün bir qız övladı var.

Müğənni İradə İbrahimova Ceyhun İzer adlı türkiyəli iş adamı ilə ailəlidir. Bu nikahdan ifaçının bir oğlan, bir qız övladı dünyaya gəlib. 

Aktrisa Nigar Bahadırqızı Ersel Aktar adlı Türkiyə vətəndaşına ərə gedib. Aktrisa hazırda İstanbulda yaşayır. 

Model Günay Musayeva türkiyəli aktyor Tolqa Karellə ailə qurub. Cütlük ötən il boşanıb. Onların Cahangir adlı bir oğlu var.

Keçmiş model Nigar Talıbova Türk-amerikan İş Adamları Dərnəyinin rəhbəri Ekim Alptekinlə ailədir. Keçmiş modelin üç övladı dünyaya gəlib.

Xalq artisti Fidan Hacıyeva İngiltərə vətəndaşı Filipə ərə gedib və üç övladı var.

Opera ifaçısı Yusif Eyvazov rusiyalı həmkarı Anna Netrebko ilə evlənib.

Aparıcı Tamilla Şirinova da əcnəbiyə ərə gedib. Onun toyu bir neçə gün əvvəl Avstriyada olub.

Şairə Leyli İsrafilova Türkiyə vətəndaşı, müğənni Hakan Erolla ailəlidir. 

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşa ərə gedib. Bir müddət əvvəl cütlüyün əkiz övladı dünyaya gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.