Şou-biznes

Azər Axşam: "Kişi dənizə düşən qayıq kimidir, külək vurdu, apardı, apardı"

30 Avqust 2016 14:11
7 Şərh     Baxış: 4 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "ATV Maqazin onlarla" verilişində Azər Axşam uğursuz birinci ailə həyatından və 18 yaşlı oğlundan danışdı: 

"Valideynlərimiz razı deyildilər. Atamın imkanı olmadığı üçün toy edə bilmədim. 18 yaşında Cavidan adlı oğlum var. Xaricdə olduğu üçün görüşə bilmirəm".

Milli.Az atv.az-a istinadən bildirir ki, birinci evliliyi uğursuz nəticələnən Azər ikinci dəfə ailə qurub. O, dayısı qızı ilə evlənib. Xoşbəxt olduğunu bildirən Azər ikinci evliliyindən də danışıb: "Qohum kimi görüşürdük. O zaman birinci ailəmlə ayrılmaq ərəfəsində idik. 12 yaş fərqimiz var. Bacısının toyunda görüb, bəyəndim. Qısa zamanda evləndim".

Azər Axşam təhsilli qadınları bəyəndiyini bildirib: "Təhsilli qadın həyat yoldaşını daha yaxşı anlayır. Xanımın işləməyini bəyənirəm. Həyat yoldaşından ancaq sevgidə asılı olsun. Ailəni saxlayan qadın məhəbbətidir. Kişi dənizə düşən qayıq kimidir, külək vurdu, apardı, apardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.