Şou-biznes

Aytən Səfərovanın yeni verilişi bəlli oldu

29 Avqust 2016 16:10
12 Şərh     Baxış: 6 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ANS telekanalındakı fəaliyyətinə son qoyduqdan sonra ATV-yə keçən Aytən Səfərovanın yeni işi bəlli olub. 

Axşam.az-ın məlumatına görə, A.Səfərova 106.3 FM-də fəaliyyətə başlayıb. O, səhər yayımlanan "Boomerang" verilişinə aparıcılıq edəcək. Proqramı onunla birlikdə Raqif Raufoğlu və Mətanət Əliverdiyeva da aparacaqlar. Proqram sentyabrdan yayımlanacaq.
 
Qeyd edək ki, "Boomerang"ı bundan əvvəl R.Raufoğlu ilə yanaşı, Elvira İsmayılova da aparırdı. E.İsmayılova sentyabrdan 106 FM-də fəaliyyətini davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.