Şou-biznes

Aydan 1 ildən sonra yenidən efirdə

29 Avqust 2016 12:25
1 Şərh     Baxış: 2 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı, aktrisa Aydan Axundova seriala çəkilir. 

Axşam.az-ın məlumatına görə, o, ATV-də yayımlanacaq "Kişi sözü" serialında rol alacaq. 

Ekran işi sentyabrdan etibarən efirə gedəcək. 

Serialda A.Axundova ilə yanaşı, Cavid Gül, Nurlana Cəfərova, İslam Mehrəliyev və başqaları da rol alacaqlar.

Qeyd edək ki, A.Axundova ATV-də yayımlanan "Şarm" verilişinə aparıcılıq edib. Proqramın 2015-ci ildə yayımı dayandırıldıqdan sonra aparıcı heç bir verilişdə çalışmayıb. O, "Qardaşlar" serialının bir bölümündə epizodik obrazda çəkilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.