Şou-biznes

Sərxan Kərəmoğlu: "Qızını bakirə adı ilə satıb..."

27 Avqust 2016 13:23
15 Şərh     Baxış: 22 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda saf, təmiz hacı adından istifadə etmək olar".

Primetime.az xəbər verir ki, məşhur aparıcı Sərxan Kərəmoğlu müqəddəs həcc ziyarətinə gedib, sonra hacı adından istifadə edənləri qınayıb. Aparıcı İnstagram hesabından səslənərək, onları tənqid atəşinə tutub. S.Kərəmoğlunun sözlərini olduğu kimi təqdim edirik:

"Bu 1 ayda o qədər insanlıqdan danışıb, 11 qat hacı adını alıb, insanların çörəyi ilə oynayan, özü bir tərəfə, qızını bakirə adı ilə satıb, dəfələrlə dost dediyi insanların çörəyinə bais olan adamları gördüm ki, Allahım, sən onları ixlas et... Anlamadığım bir şey var, bu həcc ziyarətinə gedənlər də bilmirlər ki, o dünyaya gedəndə heç nəyi özləri ilə aparmayacaqlar.

Mənim bir dostum var, hacıdır. Neçə illərdir məni həcc ziyarətinə göndərmək istəyir. Mən isə ziyarətə nə maddi, nə də mənəvi hazır olmadığımı bildirirəm. Çünki borclarım var, uşaqları oxuduram və s. İndi anlayıram ki, yox, gedib orada yaxşı çevrə toplamaq və gəlib Bakıda saf, təmiz hacı adından istifadə etmək olar.  Biz belə zəmanədə yaşayırıq. Allah sonumuzu xeyir etsin deyirəm, amma məncə, elə sondur..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.