Şou-biznes

İradə: "Bir ananın bundan böyük xoşbəxtliyi ola bilməz" - FOTO

26 Avqust 2016 12:53
10 Şərh     Baxış: 5 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Primetime.az xəbər verir ki, Türkiyədə yaşayıb fəaliyyət göstərən məşhur azərbaycanlı müğənni İradə İbrahimovanın qızı İpek bu il birinci sinifə qədəm qoyacaq. İki gün öncə Bakıdakı məclislərin birində iştirak edən müğənni sevincini belə dilə gətirib:

"Bilirsiniz ki, mən ailəmə çox bağlı biriyəm. Qızım İpek bu il birincə sinifə gedəcək. Buna görə sevincimin həddi-hüdudu yoxdur. İnşallah, sağ-salamat məktəbi bitirib, universitetə daxil olmağını da görmək qismətim olar. Bir ananın bundan böyük xoşbəxtliyi ola bilməz. Allah hər kəsin övladını qorusun, mənim balalarımı da həmçinin".

Ailəsi ilə yanaşı karyerasına da vaxt ayıran İ.İbrahimova yeni mahnı və klipi üzərində çalışdığını bildirib. Qardaş ölkədə klip çəkilişlərinə start verən müğənni yaxın zamanda yaradıcılığındakı yeniliklə tamaşaçılarını sevindirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.