Şou-biznes

Anar əcnəbiləri çağırıb canlı klip göstərəcək

24 Avqust 2016 16:15
Baxış: 1 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anar Nağılbaz fanatlarını sevindirməyə hazırlaşır. Hər kəsin istirahət etdiyi zamanda öz üzərində gərgin çalışan reper sentyabrın 24-də Yaşıl Teatrda konsert verəcək. Gecənin  xüsusi qonaqları isə reperin duet ortaqları olacaq.

Çoxdandır kənara çəkilərək efirlərdən uzaqlaşan Anarın konsertində həm yerli, həm də əcnəbi ifaçılar çıxış edəcəklər.

Xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova da reperə dəstək vermək üçün konsertdə ifa edəcəklər.  Almaz Ələsgərli, Elza Seyidcahan və yerli reperlərin də çıxışları gözlənilir.  Gürcüstandan gələcək reper Bedina və Don Bacho isə konsertin xüsusi qonaqları sırasındadırlar.

Ən maraqlı nüans isə konsert zamanı və canlı kliplərin nümayişi olacaq. Xatırladaq ki, Anar Nağılbaz Azərbaycanda repin ilk ifaçılarından biri olub. Və canlı klipləri də ilk olaraq Anar konsertlərində və çıxışlarında nümayış etdirib. Təsadüfi deyil ki, məhz Anar Nağılbaz  şou dünyasında "Repin atası" kimi təqdim olunub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.