Şou-biznes

Günay İbrahimli: "Səhvimi tutublar" - FOTOSESSİYA

26 Avqust 2016 21:12
11 Şərh     Baxış: 5 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Günay İbrahimlinin Milli.Az-a müsahibəsi.

- Günay, xoş gördük sizi. Yay ayıdır, amma digər müğənnilərlə müqayisədə siz həm işlədiniz, həm də istirahət etdiniz. 

- Bəli, iyun ayında "Biri var" adlı yeni mahnım işıq üzü gördü. Mahnının sözləri və musiqisini Zülfü Bədəlov yazıb. Çox ritmik bir mahnıdır. Həm də çox bəyənildi. Deyilənə görə, tənbəl müğənni deyiləm.

- Günayın gecə həyatı varmı?

- Gecə həyatım yoxdur, amma  gec yatıram, çünki tez yata bilmirəm. Saat 2-3, bəzən də 5-də yatıram. Artıq bu rejimə öyrəşmişəm. Gecə saatlarında gəzinti daha maraqlı olur. Çünki şəhər də sakit olur. Yatmayıb oyaq qalanda təmiz hava alıram. 

- Yəqin ki, İnstagram-da da gecələr çox vaxt keçirirsiz. 

- Xeyr, axşam saatlarında İnstagram-a çox girmirəm. Hətta son zamanlar sosial şəbəkələrə maraq itib. Əvvəl hər şeyə maraq var idi, nə yükləyirdin, izləyirdilər.

- Sosial şəbəkələr sizin üçün nə deməkdir?

- Sosial şəbəkələr bizim işimizin yarısı sayılır. Bu dəqiqə İnstagram-da gedən reklam heç yerdə yoxdur. Ona görə də getdiyimiz yerlərdən, oxuduğumuz mahnılardan paylaşımlar edirik ki,  bizi izləyənlər yenilikləri görsünlər.

- Bir az incik danışdınız. Elə bil, sizi də İnstagram-dan küsdürüblər.

- Bəli, tənqid həddindən artıq çox olur. Yarım milyondan çox insan məni izləyir, bir o qədər də insanı mən bloka atmışam (gülür). Bütün bunlar boş-bekar insanlardır. Bəyənmirsənsə niyə mənim səhifəmdə gəzirsən? Get işinlə məşğul ol da (gülür). Bəyənmirsənsə baxma, səni məcbur edən yoxdur ki?

- Bir ara sizi Nanəyə oxşadırdılar. Görəsən, niyə məhz Nanə?

- Ola bilər. Bəzən ikimiz də eyni tərzdə makiyaj edirik. Nədən olmasın? Nanənin xətrini çox istəyirəm, hətta eyni ərəfələrdə dünyaya gəlmişik, bir bürcdənik. Xasiyyətlərimiz bir-birinə uyğun gəlir. Amma üz baxımından, razılaşarsız ki, oxşarlıq yoxdur.

- Bəlkə, geyiminizi bənzədiblər?

- Xeyr, geyimimizdə də oxşarlıq yoxdur. Sadəcə hər ikimiz dekolteli libaslardan çox istifadə edirik.

- Günay İbrahimlinin özünəməxsus stili varmı?

- Bəli, var. Deyim ki, dəblə ayaqlaşıram-filan, xeyr. Özümə nə xoşdursa onu geyinirəm. Müğənni təkcə ifa etməli deyil ki? Onun nitq qabiliyyəti də olmalıdır, geyim seçmək bacarığı da. Müğənni nə qədər çox bilsə, o qədər də yaxşıdır.

- Stilinizə, görünüşünüzə çox pul xərcləyirsiz?

- Xeyr, makiyaj edən mənim yaxın dostum Elnurdur. Bundan başqa, digər stilistlərlə də çalışıram. Artıq neçə illərdir bir yerdə çalışırıq. Özüm dostluğa dəyər verən insanam, sağ olsunlar, onlar da həmişə mənim yanımdadırlar.

- Heç olubmu ki, görünüşünüzə görə tənqid olunasız?

- Bəli, bəzən olur ki, stilistlər efir vasitəsilə hansısa səhvimi tutublar. Mən də baxıb razılaşmışam. Amma ümumilikdə zövqlü müğənnilər cərgəsindəyəm. Bunu mən özüm çəkinmədən deyirəm.

- Günay hansı aksesuarın həvəskarıdır?

- Ümumi deyim ki, geyim xəstəsiyəm. Burada həm aksesuar, həm kəmər, həm ayaqqabı, həm də çanta gedə bilər. Məhz dəbə aid olan hər şeyi sevirəm.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.