Şou-biznes

Validə Abbasovanın özəl günü - FOTO

24 Avqust 2016 15:14
3 Şərh     Baxış: 3 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Miss millenium" gözəli Validə Abbasovanın ad günüdür. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, uzun müddətdir İsveçrədə yaşayan keçmiş model özəl gününü orada avqustun 27-də dostları ilə birlikdə qeyd edəcək. 

Təəssüratlarını bölüşən V.Abbasova bildirib ki, bu gün həm də anasının ad günüdür:

"Həyat üçün anama və atama təşəkkür edirəm. Həyatdakı sevgini bizə bəxş etdiyi üçün Allahıma minnətdaram. Bu gün həm də anamın ad günüdür. İndi anam göydədir, onun üçün dua edirəm. Onun sevgisini hələ də hiss edirəm. 

Allahdan tək istəyim atama can sağlığı versin və o həmişə yanımda olsun".
 
Xatırladaq ki, V.Abbasova 1998-ci ildə "Miss press Azerbaijan", 2000-ci ildə "Miss Millenium" seçilib.

2004 və 2010-cu illərdə "Best Model of Azerbaijan", "Best model of the World" yarışlarının prezidenti olub. 

Kamilla adlı bir qızı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.