Şou-biznes

Günay: "Telefonumu söndürüb, hamıdan uzaqlaşdım"

23 Avqust 2016 17:05
11 Şərh     Baxış: 4 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bütün yayı telefonumu söndürdüm, hamıdan uzaqlaşıb, istirahət etdim".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında ATV-nin aparıcısı Günay Firudinqızı deyib. 

Aparıcı yay istirahətindən danışıb.

G.Firudinqızı "Sizi maqazin verilişlərinin rejissoru, aparıcısı kimi tanıdıq. Son vaxtlar bu sahədən tamam uzaqlaşdınız" sözlərinə belə cavab verib:

"Heç kimin zənginə cavab vermirəm. Təkcə hərdən İnstaqrama girib, paylaşımlar edirəm. 
Maqazin aləmindən iyrənmişəm. Ola bilər, gələcəkdə yenə maqazin verilişi olar, çalışaram. Amma indi heç o sahə üçün darıxmıram. Hətta hərdən düşünürəm ki, necə mən o sahəyə getdim? Hərdən gülürəm ki, ciddi jurnalistika ilə məşğul olmaq yerinə, maqazinə yönəldim. Mən jurnalistika fakültəsini bitirib, bu sahəyə gəlmişəm. Hazırda olan "Geriyə baxanda" verilişində özümü tapdım".

G.Firudinqızı aktrisalıq təklifləri aldığını, amma qəbul etmədiyini söyləyib:

"Elməddin Cəfərovun dəvəti ilə "Bacanaqlar"ın bir bölümündə rol aldım. Ona da evdəkilərin təkidi ilə razılıq verdim. Həmkarlarımın çoxu aktrisalıq edir. Onlarda maraqlı alınır. Amma məndə alınmır, özümü aktrisa kimi görmürəm. İnsanın içindən gəlməlidir, mən o həyatı sevmirəm. Mənim öz dünyam var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.