Şou-biznes

Fərda və Müşviq 10 ildən sonra yenidən bir arada

23 Avqust 2016 16:24
5 Şərh     Baxış: 2 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyorlar Fərda Xudaverdiyev Müşviq Şahverdiyev 10 ildən sonra "Niyə?" adlı film üçün yenidən kamera qarşısına keçəcəklər. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlama verən F.Xudaverdiyev "Niyə? - 2"nin martda təqdim olunacağını deyib:

"On ildən sonra filmin ikinci hissəsini çəkmək qərarına gəldik. Ssenari mənə məxsusdur. Dünən bitirib, təhvil verdim. Operator Polşadan dəvət olunub. Bu gündən kastinqlərimiz başlayıb. Həm peşəkar, həm də istedadına güvənən gənc aktyorlar müraciət edə bilərlər. Avqustun sonuna kimi heyət dəqiqləşəcək. Sentyabrın ilk günləri isə çəkilişlərə başlayacağıq. Ekran işinin bir hissəsini Bakıda, qalanını isə bölgələrimizdən birində lentə alacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.