Şou-biznes

"Şou Aygün Rəhimli" konsertində yaşanan maraqlı anlar - FOTO

23 Avqust 2016 12:04
11 Şərh     Baxış: 2 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti Aygün Kazımova və məşhur müğənni Rəhim Rəhimlinin çoxdan gözlənilən "Şou Aygün Rəhimli" adlı konsertləri uğurla baş tutub.

Milli.Az xəbər verir ki, "Dalğa beach"də baş tutan konsertin aparıcılığı Şəhriyar Əbilova həvalə olunmuşdu. Anşlaqla keçən konsertdə ilk olaraq səhnəyə Rəhim Rəhimli çıxdı. İfaçı ard-arda hit mahnılarını səsləndirdi. Daha sonra isə səhnəyə Aygün Kazımova çıxdı. O, "Coffe from Colombia" mahnısını rəqqasların müşayiəti ilə ifa etdi. Daha sonra xalq artisti dillər əzbəri olan mahnılarını ifa etdi. Konsert boyu Aygün Kazımova 2 fərqli libasda səhnəyə çıxdı. Konsertdə işıq effektlərinə xüsusi diqqət ayrılmışdı. Müğənniləri konsertdə Oksana Rəsulovanın rəhbərlik etdl "İndian dance school" və Nailə Məmmədzadənin rəhbərlik etdiyi qrup müşayiət edib. Konsertin ən gözlənilən məqamı isə Aygün Kazımova və Rəhim Rəhimlinin "Hər şey düzələr" duetlərini ilk dəfə bu konsertdə ifa etmələri oldu. Konsertdə Aygün Kazımova və Rəhim Rəhimlinin sentyabr ayının 11-i Şamaxıda bas tutacaq növbəti konsertlərinə bilet əldə etmək üçün lotereya da oynanıldı. Konsertin dizaynını quran İbo xalq artistinə "Ay və Gün" formalı eksklüziv əl güzgüsü də hədiyyə etdi. Konsert Aygün Kazımovanın ifası və atəş-fəşanlıqla yekunlaşdı.

Fotoqraf: Kamran Aydınov

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.