Şou-biznes

Oksana ilə Natavanın küsülü olmasının səbəbi bilindi

23 Avqust 2016 10:52
4 Şərh     Baxış: 3 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Tarix Əliyev (Tolik) rəqqasə Oksana Rəsulova ilə müğənni Natavan Həbibinin küsülü olmasının səbəbini açıqlayıb. 

"Bunu yazmağı özümə borc bildim. Oksana RəsulovaNatavan Həbibi illərlə yaxın rəfiqə idilər. Mənim Natavanla iki il ərzində davalarımda Oksana hər zaman öz rəfiqəsinin tərəfini saxlayaraq, mənimlə münasibətləri pozdu. Bu normal haldır. Amma Natavanla mən barışanda bunu Oksana qəbul etmədi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Tolik İnstaqram səhifəsində yazıb. 

Prodüser eyni zamanda xalq artisti Aygün Kazımova ilə illərdir küsülü olan rəqqasənin barışmasına münasibət bildirib:

"Bu gün mən Oksana ilə danışıram, bu yaxınlarda mənə onu reklama çəkmək istədiklərini dedilər. Mən də Oksanaya zəng vurub, onu onlarla görüşdürdüm. İndi Oksana Natavanla danışmır, bu onların işidir. 

Bəziləri boş-boş danışmasın ki, Oksana Natavanın acığına Aygünlə barışıb. Oksana heç vaxt Aygün Kazımova ilə Natavandan yaxın rəfiqə ola bilməz. Aygün Kazımovanın belə reklama ehtiyacı yoxdur. Bir konsertdə çıxış etmək (Oksana pulunu alıb, Rəhim Rəhimli ilə bir mahnı oynayıb) çox şey demək deyil. Bəlkə, Rəhimin yeni iddiasıdır: konsertdən qabaq gündəm. Yenə də inanmıram. Nəyin nə olduğunu yaxşı bilirəm. 

Bu şou-biznesdə kimlərinsə hesabına konsertlər verib, sonra onun düşmənləri ilə rəfiqə olanlar gördük. Siz bilməsəniz də, mən bunların ağını da, qarasını da bilirəm. Sözü olan nömrəmi bilir, mənə yığa bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.