Şou-biznes

Otilia yerli müğənnilərdən kimləri tanıdı?

30 İyul 2016 10:05
5 Şərh     Baxış: 3 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qonaq olan ruminiyalı müğənni Otilia jurnalistlərlə görüşüb. Primetime.az xəbər verir ki, o, mediaya açıqlamasında Bakıdan söz açıb: "Bu, mənim Bakıya ilk gəlişimdir. Bu vaxta kimi belə gözəl şəhərdə olmadığım üçün təəssüflənirəm. Bu gün vaxt az olduğundan görməli yerləri gəzməmişəm. Amma sabah Bakını gəzməyi düşünürəm".

Müğənni açıqlamasında konsertdəki sürprizlərdən də danışıb: "Öncə onu deyərdim ki, konsertdə, əlbəttə, sürprizlərim, yeni mahnılarım olacaq. Əsas sürprizim isə türk dilində mahnı oxumağımdır. Mən türk xalqını, türk dilini çox sevdiyim üçün mahnını həvəslə oxumuşam.

Bugünkü konsertdə Murat Dalkılıçla duet oxumasaq da, gələcəkdə belə bir fikrimiz var".

Onu da qeyd edək ki, Azərbaycanda solo konsertlə çıxış etmək arzusunda olan Otilia yerli müğənnilərimizdən heç kimi tanımadı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.