Şou-biznes

Ayşən: "Başqa telekanallarda görünmürdüm" - FOTO

27 İyul 2016 18:19
9 Şərh     Baxış: 7 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir müddət idi AzTV-nin solisti olaraq çıxış edirdim. Fəaliyyətimin böyük hissəsi dövlət televiziyası ilə bağlıdır. Bu səbəbdən başqa telekanallarda görünmürdüm. Artıq AzTV ilə müqaviləmiz başa çatıb".

Bu sözləri Axşam.az-a açıqlamasında IV Muğam Müsabiqəsinin iştirakçısı Ayşən Mehdiyeva bildirib.

O deyib ki, hazırda trio şəklində yeni mahnılar hazırlayır:

"Xalqın heç eşitmədiyi, qədim irsə söykənən mahnıları tapır, onları yenidən aranjiman etdirirəm. Bu mahnılar arasında hətta elələri var ki, yaşı 100-dən çoxdur. Həmin ifaları müasir formaya salmağa çalışırıq. Bir neçə ifa təqdim etdim və dinləyicilər bəyəndi. Bu mahnılar əsasən türk, iran və kərkük folklorundan götürülüb".

Müsabiqədə "Ən çox tamaşaçı rəğbəti qazanan iştirakçı" adını qazanan A.Mehdiyevanın bəstəkarlıq fəaliyyəti də var. O yalnız muğam deyil, estrada janrında mahnılar da ifa etdiyini bildirib:

"Şair Məhərrəm Qasımovun sözlərinə mahnı bəstələmişəm. Başqa bəstəkarla da əməkdaşlıq edirəm. Hatəm Nəbioğlunun "Azərbaycan" mahnısını oxumuşam. Hazırda bu mahnıya klip çəkdirmək barədə düşünürəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.