Şou-biznes

Natavanın "gey stilistlər" açıqlamasına REAKSİYA

27 İyul 2016 17:31
12 Şərh     Baxış: 3 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Natavan Həbibinin bəzi həmkarları haqqında dediyi "Geylərin məsləhəti ilə geyinirlər", "çuşkadırlar" sözlərinə cavab gəlib.

Axşam.az-a açıqlama verən əməkdar artist Elza Seyidcahan ifaçının bu sözlərini tənqid edib.

O, hər bir müğənninin stilistlə çalışmasının mütləq olduğunu söyləyib:

"Mən ginekoloq, androloq və ya USM-də çalışmıram ki, camaatın cinsiyyəti ilə maraqlanım. Kim-kimdir özü o dünyada cavab verəcək. 

Qaldı ki stilistlərə... Elza Seyidcahan sənətə ilk qədəmlərini qoymazdan əvvəl, hələ məktəb illərindən ekstravaqant tərzi ilə seçilib. Dünya şöhrətli futbolçular Elzanın ayaqqabı tərzini oğurlayıb. 

Mənim çalışdığım zövqlü stilistlərim var: Anar Ağakişiyev, Leyla Əhmədova, Pərviz Mirzəyev və başqaları. Yaxşı stilistlə çalışmaq müğənninin rahatçılığıdır, "çuşkalıq" yox. Zövq müxtəlifliyi bizə lazımdır".

Qeyd edək ki, N.Həbibi bəzi müğənnilərin cinsi azlığın nümayəndələri olan stilistlərlə çalışdığını söyləyərək, onları tənqid etmişdi:

"Onların zövqünə inanıb, onlarla hərəkət edib və "böyük-böyük" danışmaq, görməmişliyin əlamətidir. Öz zövqü ilə yox, ətrafındakı geylərin məsləhəti ilə geyinənlər... Dünən dağdan düşüb, bu gün nəsə görüb brenddən danışırsa, bu, onun görməmişliyidir. "Çuşkalığı" üzərinə götürüb, görməmişliyini sübut edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.