Şou-biznes

Xalq artisti: "İnsanlar kredit ödəyir, toya müğənni çağıra bilmir"

27 İyul 2016 17:06
3 Şərh     Baxış: 1 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Səməd Səmədov toyların azlığından şikayətlənib. 

Axşam.az-ın məlumatına görə, müğənni "Hər şey daxil" verilişində toy qiymətini açıqlayıb:

"Toy olmayan kimi bütün restoran işçiləri mənə yığır ki, sizdə vəziyyət necədir. İnsanların 90 faizi kredit ödəyir. Ona görə də müğənniləri toylara çağırmırlar. Mən toya baha getmirəm. Millətin vəziyyətinə baxıb, onla ayaqlaşıram. Müştəriyə 4 min qiymət deyirəm. Deyirlər, 2-3 minə imkanımız var.

Mən də razılaşıram. Evdə oturmaqla nə olacaq? Mənə pul qalmasa da, işçilər evinə çörək apara bilir".

S.Səmədov ənənəsinə sadiq qalaraq, bu il də Türkiyədə dincələcəyini deyib: 

"Hər il mütləq Türkiyəyə gedirik. İstanbulda, Bodrumda dincələcəyik. Son illər Gürcüstanda da istirahət yaxşı olur. Ora da getməyi düşünürük. Gəlinim Balakəndən, kürəkənim isə Zaqataladandır. Bu bölgələrə də gedəcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.