Şou-biznes

Azərbaycanlı müğənni ana olacaq - Uzun sürən həsrətdən sonra

21 İyul 2016 16:49
35 Şərh     Baxış: 22 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zaman populyar və şou-biznesmizin ən cazibədar müğənnilərindən Kəmalə Qaramollayeva ilk dəfə ana olmağa hazırlaşır. Atv.az-ın məlumatına görə, dörd ildir ki, evlilik həyatı sürən Kəmalə artıq hamiləliyin 3-cü ayındadır.

Bu barədə açıqlama verən Qaramollayeva "Həyat yoldaşımla birgə şəhərimizin ən savadlı, tanınmış həkimlərinin yanında olmuşuq. Hamı mənə deyirdi ki şans azdı - 100-də 90 faiz olmayacaq!

Amma Allah böyükdü - nəhayət, bu sevinci mənə də bəxş etdi. Həkim özü də təsdiqlədi ki, bu möcüzədir", - deyən müğənni həyəcanlanaraq "Sizin vasitənizlə bütün övlad arzusunda olan qadınlara səslənib demək istəyirəm ki, kim nə deyir desin...Ümidinizi kəsməyin!" söylədi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.