Şou-biznes

Əli Mirəliyev: "Kimsə toy edir, müğənnini dəvət edir..."

2 İyul 2016 11:19
11 Şərh     Baxış: 3 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergilər Nazirliyi ilə sənət adamları arasında qalmaqal davam edir.

Nazirlik vergiyə borcu olan müğənnilərin adlarını açıqlasa da, şou-biznes əhli nazirliyin ittihamı ilə razılaşmadığını deyir. 

Müğənni Əli Mirəliyev aznews.az-a nazirliklə müğənnilərin davasından danışıb. 

O düşünür ki, sənət adamlarından vergi tutmaq anormallıqdır: "Müğənni kimdir ki, vergi versin? Müğənni iş adamıdır, şirkət rəhbəridir, müdirdir, yoxsa zavod, fabrik tikir? Kimsə toy edir, müğənnini dəvət edir, biz də 3-5 manat alırıq, ya almırıq. Həmin dəqiqə Vergilər Nazirliyi killer kimi başımızın üstünü kəsdirir".

Ə.Mirəliyev toy zamanı Vergilər Nazirliyinin nümayəndəsiylə yaşadığı olaydan da danışıb: "Mən Xəzər rayonunda yaşayıram. Bu yaxınlarda toy oldu, məni də sayıb qonaq kimi dəvət etmişdilər. Toy sahibi dedi ki, Əli müəllim, xahiş edirik bir mahnı oxuyun. Mən də onu qırmayıb oxudum. Yerimə keçib oturmuşdum ki, uzaqdan biri mənə barmağı ilə işarə verdi ki, yuxarı qalx. Dedim, görəsən, bu kimdi mənə barmağı ilə işarə verir?

Qalxdım kabinetə, qarşısında oturduğum anda cibindən bir sənəd çıxardı, baxdım ki, Vergilər Nazirliyinin nümayəndəsi. Dedi ki, bir mahnı oxudun, vergi verməlisən. Dedim ki, sizin başınız işləyir? Mən 50 ildir oxuyuram, bilmirəm vergi nədir, nazirlik nədir? Dedim ki, siz Vergilər deyil, yolçular nazirliyindən gəlmisiz. Söydüm çıxdım. Biabırçılıqdır. Bir mahnıya vergi alarlar? Görün bunlar nə qədər azğınlaşıblar". 

Ə.Mirəliyev qeyd edib ki, Vergilər Nazirliyi yalnız saray müğənnilərindən, yəni məmur toylarında oxuyanlardan vergi almalıdır: "Xalqın sənətkarından vergi tutulmaz". 

Qeyd edək ki, Vergilər Nazirliyinin siyahısında xalq artisti Brilliant Dadaşova, Gülyanaq Məmmədova, əməkdar artistlər Abbas Bağırov, Mətanət İsgəndərli, Elza Seyidcahan, müğənnilər Emil Bədəlov, Zamiq Hüseynov, Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Səidə Sultan və digərlərinin adları var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.