Şou-biznes

Nazənindən ərinin 1 milyonluq borcu olması xəbərinə REAKSİYA

1 İyul 2016 20:58
63 Şərh     Baxış: 10 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nazənin həyat yoldaşı Məhəbbət Həsənovun külli miqdarda borcunun olması barədə xəbərlərə münasibət bildirib.

Milli.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, Nazənin bildirib ki, həyat yoldaşının heç kimə borcu yoxdur:

"Hər gün barəmdə yalan xəbərlər eşidirəm, çoxuna da gülürəm. İndi də yazıblar ki, "Nazənin ərinin külli miqdarda borcu var". İlk əvvəl onu demək istəyirəm ki, bu xəbər yalandır. Jurnalist dostlarımızdan xahiş edirəm ki, barəmdə xəbəri yazmadan öncə məlumatı məndən dəqiqləşdirsinlər.

Güman edirəm ki, bu xəbər məni həzm edə bilməyənlərin mənə qarşı qurduğu qara piyarıdır. Borca gəldikdə isə, həyat yoldaşımın heç kimə borcu yoxdur. Heç kim deyə bilməz ki, Məhəbbət bəyin bizə borcu var. Əksinə, bizə borclu olan şəxslər var".

Qeyd edək ki, yayılan xəbərlərdə Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun bir neçə şəxsə borclu olduğu yazılıb. Xəbərdə bildirilir ki, M.Həsənovun borclarının sayı ümumilikdə bir milyondur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.