Şou-biznes

Namiq Qaraçuxurlu: "Ata olmağıma az qalıb" - FOTO

1 İyul 2016 13:59
15 Şərh     Baxış: 5 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ata olmağıma az qalıb. Qız və ya oğlan - fərqi yoxdur. Əsas odur ki, Allah sağlam övlad nəsib etsin".

Bu sözləri axşam.az-a açıqlamasında meyxanaçı Namiq Qaraçuxurlu deyib. 

Sənətçi ailə həyatından danışıb:

"Çox şükür, ailə həyatı gözəl gedir. Allah bütün subaylara qismət etsin".

N.Qaraçuxurlu yay istirahətinə hazırlaşdığını bildirib:

"İşlərimlə bağlı xaricə getmişdim. Hələ istirahətə başlamamışam. Avropaya getmək istəyirəm. Bu il Türkiyədə dincəlməyi düşünmürəm. Qeyri-adi bir yer istəyirəm".

Meyxanaçı yeni mahnılarından danışıb:

"Üç-dörd mahnı yazmışam, hansını oxuyum, bilmirəm. Həm də hazırda mahnı təqdim etmək zamanı deyil. İnsanlar istirahətdədirlər. Bir də zövqlü insanlarla məsləhətləşməliyəm. Hansı bəstəni bəyənən çox olsa, onu aranjmana verəcəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.