Şou-biznes

Teleaparıcı alpinist oldu - FOTO

30 İyun 2016 18:31
Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə getdi. Tamaşaçılar zəkaların "Alpinizm" mövzusunda olan mübarizələrini izlədilər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nurlan Abdurrahmanov, sarı yolda Bakı Dövlət Universitetinin tələbəsi Qoşqar Mürsəlzadə, yaşıl yolda isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Şahmar Həsənov mübarizə apardı. Bu qarşılaşmanın qalibi, təəssüf ki, olmadı. Maraqlı anlardan biri - "Parlaq Zəka"nın aparıcısı Aydın Piriyevin alpinist obrazı canlandırmasıdır.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edən I, II, III kurs tələbələri müraciət edə bilər.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.