Şou-biznes

Rəmişin xanımı avtomobil sürərkən - VİDEO

29 İyun 2016 17:23
12 Şərh     Baxış: 7 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım avtomobil idarə edərkən "ATV maqazin onlarla" verilişinin fotokamerasına tuş gəlib.
 
Axşam.az-ın məlumatına görə, o, 2 ildir sürücülük vəsiqəsi aldığını deyib:

"Maşını çox vaxt özüm sürürəm, Rəmişə əziyyət vermirəm. 60-80 sürətdən yüksəyə qalxmaram. Avtomobil sürəndə adam dincəlir".

Rəmiş "Özü təkcə şəhərə nəsə almağa getməz" deyə, bildirib.
 
Gitara ifaçısı Mətanət Əsədovanın "Maşını 200 sürətdən yuxarı sürürəm" sözlərinə münasibət bildirib:

"Onu çox istəyirəm, amma düz deməmişdi. Deyirdi 200 sürətdən yüksəyə qalxmışam. Bakıda elə yol və maşın yoxdur. Ona demək istəyirəm ki, çox sürətlə sürmə".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xalq artistinin xanımı avtomobil sürərkən görüntüləndi -

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.