Şou-biznes

Yaşasaydı, 41 yaşı olacaqdı - FOTO

29 İyun 2016 16:22
34 Şərh     Baxış: 3 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün mərhum reper Hüseyn Dəryanın ad günüdür. 

Axşam.az-ın məlumatına görə, sənətçi 1975-ci ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub.

Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib.

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Əsas karyerasına 2000-ci ildən başlayıb. 

14 mart, 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişib. 

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevdadan Ayşə adlı qızı, ikinci xanımı Sona Muradovadan isə Cahangir adlı oğlu var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.