Şou-biznes

Səidə ilə Niyamı birləşdirən səbəb - VİDEO

29 İyun 2016 16:25
4 Şərh     Baxış: 3 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Səidə Sultanla Niyam Salami ilə duet oxuyub.

Bu barədə Milli.Az-a N.Salami məlumat verib. O bildirib ki, "Mənə vaxt ver" adlı türk mahnısını birlikdə səsləndiriblər:

"Səidə bu sənətdə olan yeganə dostlarımdandır. Onun kişi xarakteri var. Neçə il idi ki, duet oxumaq istəyirdik, amma müəyyən səbəblərdən yubanırdı. Amma demək qismət bu ilə imiş.

Səidədən öncə müğənni Mətanət Əsədovayla duet oxudum, o da bəyənildi və sevildi. Düşünürəm ki, bu mahnı da bəyəniləcək". 

Qeyd edək ki, bəstənin aranjmanını Fərid Ağa edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Səidə Sultanla Niyam Salami

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.