Şou-biznes

Elnur: "Mən nə istəsəydim, Ebru Gündeş edərdi" - FOTO

29 İyun 2016 14:00
5 Şərh     Baxış: 4 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O səs Türkiyə"nin qalibi Elnur Hüseynov "V element" verilişində qonaq olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Türkiyədəki yaşayışından danışıb:

"İstanbulda evimdə iquana var. Əvvəl iki idi: biri dişi, digəri erkək. Dişi erkəklə dolanmadı, dişlədi. Ona görə də qaytardım. İndiki iquanamla gözəl yaşayırıq, evi gəzir, səhərlər dururam ki, üstümə çıxıb. Ən əsası isə o məni tanıyır. Azərbaycana gələndə başqa yerə qoyuram, orada baxırlar. Bir dəfə qayıdanda gördüm ki, akvariumda oturub, başqa iquana ilə oynayır. Məni görən kimi üstümə gəldi. Onlar soyuq heyvanlardır. Hamı təəccübləndi ki, səni tanıdı. 

Evimdə pişik və it də var. Onlar bir-biri ilə oynayır, tanıyırlar".

İki dəfə "Eurovision" müsabiqəsində ölkəmizi təmsil edən ifaçı üçüncü dəfə heç vaxt yarışa getməyəcəyini bildirib:

"Üçüncü dəfə dəvət olunsam, getmərəm. Bundan sonra festivallara qatılmaq istəyirəm. Çünki burada özünü sərbəst göstərə bilirsən. "Eurovision"da isə çərçivədə olmalısan".

E.Hüseynov türkiyəli müğənni və yarışda müəllimi olan Ebru Gündeşdən bəhs edib. O, aparıcının "Ebru Gündeş sənə söz vermişdi ki, albomunu çıxardacaq. Necə oldu?" sualına belə cavab verib:

"Sənətdə tez-tez getməməlisən. Hara gedirəm, ancaq soruşurlar ki, "Niyə albom çıxarmırsan". Niyə albom çıxarmalıyam ki?  

Əgər mən istəsəydim, Ebru Gündeş sözünün üstündə durardı. Yarış bitəndə dedi: "Elnur, istəyirsən edim". Mən razılaşmadım. Ona ailəm kimi baxıram. O kədərlənəndə mən də pis oluram. Yarışda birlikdə yol keçəndə onun insanlığını tanıdım. Mən qalib gələndə digər münsiflər çox şeylər danışdılar. Bu da olmalıdır. 

Mənim ağlımdakı o idi ki, səhnəyə çıxım, oxuyum. Türkiyədə məni bir az tanısınlar, iş tapacam. İş tapsam, pul qazanacam və evimi tuta biləcəm. Birinci olmağı heç gözləmirdim. 

Türkiyədən əvvəl Rusiyaya getdim, onlar çox aqressivdirlər. Orada qalmaq və tanınmaq istəmirəm".

İfaçı həmkarı Samir Cavadzadəylə küsülü olmaları ilə bağlı xəbərlərə də münasibət bildirib: 

"İstanbula gedəndə hamı yazdı ki, "Elnur Azərbaycandan küsüb". Mən heç vaxt cavab vermirəm. Bunlar boş danışıqlardır. Samirlə gözəl münasibətimiz var. Nəsə olanda, yeni mahnı oxuyanda bir-birimizlə məsləhətləşirik".

Elnur "Eurovision" təmsilçiləri arasında ən çox bəyəndiyi ifaçının adını açıqlayıb: 

"Səbinə Babayevanı bəyənirəm. Gözəl müğənnidir, səhnədə duruşu da gözəldir. Bunları onunla dost olduğum üçün demirəm. Biz dalaşmışıq da, bir-birimizə telefon da söndürmüşük".

E.Hüseynov daha sonra: "İndi çox xoşbəxtəm, özümü tapmışam. "Eurovision"dan sonra dedim ki, mənə dəyməyin, bir il tək qalım. Dostlarımla görüşmədim, tək qaldım, bütün Türkiyəni dolaşdım. İnsan özünü tapmasa, ömrü boyu axtarışda olacaq", - deyə əlavə edib.

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.