Şou-biznes

Lalə Məmmədova hovuzda klip çəkdirdi - FOTO

29 İyun 2016 12:00
13 Şərh     Baxış: 5 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Lalə Məmmədova "Çıx yollarıma" adlı mahnısına klip çəkdirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bəstənin sözləri Arzu Yahyayevə, musiqisi Rasim Məmmədova məxsusdur. 

Ekran işinin rejissorluğu Nail Naiboğluya həvalə edilib.  

N.Naiboğlu klipdə L.Məmmədovanı hovuzda çəkdiyini deyib:

"Çəkilişlər 20 saat davam edib. Lalə xanım dörd obrazda oldu. Ən diqqətçəkən anlardan biri də müğənnini hovuza salmağım olub. Lalə ilə eyni universiteti bitirmişik, 20 ildir dostuq. Kimsə Laləni hovuzda klip çəkdirdiyi, soyunduğu üçün qınaya bilər. Biz etik qaydalara riayət etmişik, çərçivədən çıxmamışıq. Laləni çətinliklə razı sala bildim ki, yaxşı alınacaq. Çimərlik geyimini normal qəbul ediriksə, bunu da başa düşməliyik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.