Şou-biznes

Xalq artistinin xanımı ağır xəstəliyə yoluxub - FOTO

28 İyun 2016 14:21
25 Şərh     Baxış: 29 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın xalq artisti, sevimli aktyorun həyat yoldaşı ağır xəstəliyə tutulub. 

1xəbər.com-un məlumatına görə, komediya aktyoru Arif Quliyevin xanımı ağır xəstədir. Xalq artistinin həyat yoldaşı XXI əsrin bəlası olan Hepatit C-yə yoluxub. 

Xəstəlik 57 yaşlı xanımda təxminən 6 ay əvvəl aşkarlanıb. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. 

Arif Quliyev açıqlamasında xanımının müalicəsi üçün külli miqdarda vəsaitin tələb olunduğunu bildirib:

"Çox çətindir, qaraciyəri, demək olar ki, sıradan çıxıb. Düzdür, prezident təqaüdçüsüyəm, fəxri adımın təqaüdünü də alıram, amma yenə də xərcləri ödəmir. Arada-sırada toylara gedirəm. 

Heç kəsi narahat etmək istəmirəm. Sağ olsun prezident, 3 ay əvvəl mənim Türkiyədə əməliyyat olunmağıma yardım etdi. Artıq utanıram, heç kəsi narahat etmək istəmirəm. Bir evim var, lazım gəlsə, onu satıb həyat yoldaşımın müalicəsinə xərcləyəcəyəm".

Hazırda 66 yaşlı Arif Quliyevin öz səhhəti də qənaətbəxş deyil. Biz komediya aktyoru ilə telefon əlaqəsi saxlayan zaman həkim qəbulunda idi. Əsas problemi beyinə qanın normal işləməməsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.