Şou-biznes

Rəqsanə: "Elçiləri mənim yox, həyat yoldaşımın yanına gəliblər" - VİDEO

28 İyun 2016 12:51
24 Şərh     Baxış: 18 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aysunun elçiləri mənim yox, həyat yoldaşımın yanına gəlib, ondan istəyiblər. Həm də bizim ailədə böyüyümüz var - anam. "Hə"ni o verəcək".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

İfaçı qızını xaricdə yaşayan birinə ərə vermək istəmədiyini etiraf edib:

"Anam Aysunu istəyən oğlanın ailəsi ilə internetlə danışıb. Artıq məndən xəbərsiz razılıq verib. Mənim ürəyimcə deyil. Həm də qızımın məndən uzaq yaşamasından narahatam. Amma anam deyir ki, yaxşı insanlardır. Mənə var-dözlət önəmli deyil. İnsan yaşlandıqca baş yoldaşı axtarır".

R.İsmayılova qızı ilə şərt kəsdiyini də bildirib: 

"Qızıma demişəm ki, gedib boşanacaqsansa, otur yanımda. Biz tanınmış insanların adı pisdir. Deyirlər ki, "müğənni qızıdır da, gedib boşanacaq". Xeyir, müğənninin qızı da övladdır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rəqsanə:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.