Şou-biznes

Elnur Hüseynov Azərbaycana qayıtdı - FOTO

24 İyun 2016 18:20
Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elnur Hüseynov Cinemaya ADDIMladı

ADDIM Gənclər Təşkilatı və CinemaPlus  kinoteatrlar şəbəkəsinin "Cinemaya ADDIMla" layihəsi yenidən start verib. Gənclər arasında kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən "Cinemaya ADDIM-la" adlı layihənin qonağı ikiqat "Eurovision" təmsilçimiz, "O Səs Türkiyə" müsabiqəsinin qalibi Elnur Hüseynov olub.

Milli.Az xəbər verir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər CinemaPlusda rejissorunun Şeyn Blek olduğu  "Səviyyəli oğlanlar" filmini izləyib. Tədbirin əvvəlində ADDIM Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan Elnur Hüseynovun layihədə iştirakını alqışlayıb. Onun sənət fəaliyyətindən əlavə sosial layihələrdə aktivliyini vurğulayıb və sahibsiz heyvanalarla bağlı ADDIMla bərabər sənətçinin yeni layihələri olacağını qeyd edib.

Daha sonra Elnur tez-tez kinoteatrlarda film izləmədiyini və bu günün onun üçün gənclərlə birgə film izləmək xoş fürsət olduğunu söylədi. Daha sonra isə "Səviyyəli oğlanlar" kinokomediyası nümayiş olunub. Qeyd edək ki, "Cinemaya ADDIMla" layihəsi çərçivəsində nümayiş olunan "Səviyyəli oğlanlar" filmi Amerika və Böyük Britaniya kinostudiyalarının birgə istehsalıdı və filmdə baş rolları Rayan Goslinq, Rassel Krou, Kim Besincer və s ifa edirlər.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.