Şou-biznes

Leyladan Səmraya: "Hər şeyin etikası var"

24 İyun 2016 10:47
14 Şərh     Baxış: 5 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Leyla Quliyeva tədbirlərin birində fotokamera qarşısına keçərək, şəkillər çəkdirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlama verən aparıcı builki "Eurovision" yarışında baş verənlərdən danışıb. 

O, erməni təmsilçinin yarışda separatçıların bayrağını qaldırmasından danışıb və Səmra Rəhimlinin buna soyuqqanlı yanaşmasını qınayıb:

"Səhnədə çıxıb oxumaq başqa bacarıqdır. Bununla yanaşı, müğənni unutmamalıdır ki, orada təmsil etdiyi ölkənin yeganə carçısıdır. 9 milyon xalqının ürəyində olan ağrını, acını daşıyırsan, onları təmsil edirsən. Hər şeyin etikası var. Başa düşürük, sənin problemin var, amma "Eurovision" bunu həll etmək üçün ideal məkan deyil. Sənin düşmənin olan ifaçı orada necə odlu-alovlu çıxışlar edir. Ona ünvanlanan suallara necə cavab verirdisə... Bilinirdi ki, əvvəlcədən hazırlanıb. Sən də özünü sıxmamalı, təmsil etdiyin ölkənin ağrısını əks etdirməlisən. Bu mənim üçün çox önəmli hal idi. Ona görə də "Eurovision"a gedən ifaçı birinci oxumağı, ikinci səhnə mədəniyyətini, üçüncü kamera qarşısında özünü aparmağı, dördüncü isə siyası baxışları öyrənməlidir".

Digər maqazin və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.