Şou-biznes

"Ramazan ayında Allahdan qorxmursuz?" - Tolik əsəbləşdi

24 İyun 2016 08:40
4 Şərh     Baxış: 2 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Tolik (Tarix Əliyev) əməlli-başlı əsəbiləşib.

Milli.Az big.az-a istinadən bildirir ki, xalq artisti İlhamə Quliyevanın ölümündən istifadə etməklə bu xəbərlə gündəmdə qalmaq istəyənlər prodüserin qəzəbinə tuş gəlib.

O, üzünü belə insanlara tutaraq bunları deyib:

"Bəsdir, İlhamə Quliyeva haqq dünyasındadır. Bəlkə başqa mövzu haqqında danışasınız? Aparıcılar, siz Allahdan qorxmursunuz reytinq namibə hər dəfə İlhamə Quliyeva haqqında hamının diqqətini verilişə yönəldirsiniz? Bəs fikirləşmirsiniz ki, siz öləndə sizin haqda nə deyəcəklər? Bəsdir özlərinə sənətkar deyənlər, bir az öz çəkinizi saxlayın. Əgər İlhamə Quliyeva pisdirsə indi niyə onun adıyla gündəmə gəlirsiniz? Bu Ramazan ayında Allahdan qorxmursunuz? Allah sizə gözəl ölüm qismət eləsin İlhamə Quliyeva kimi heç kimə möhtac olmayasınız".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.