Şou-biznes

Baloğlan Əşrəfovdan müğənnilərə: "Yalvarıram, oxumasınlar"

24 İyun 2016 22:44
12 Şərh     Baxış: 5 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Baloğlan Əşrəfov onun mahnılarını oxuyan müğənnilərə müraciət edib. O bu haqda Milli.Az-a danışıb:

"Mənim mahnılarımı dünyanın bir çox yerlərində oxuyurlar. Bir neçə il öncə Sərdar Ortac "Nədəndir?" adlı mahnımı oxudu. Amma anonim qeyd etmişdi, bu təbii ki, mənə xoş gəlmədi. Zəng edib danışdıq, üzr istədi və səhvini düzəltdi. Hal-hazırda da Sərdarla dostluq əlaqələrimiz davam edir. Azərbaycanda bir çox müğənnilər mahnılarımı oxumaqla yanaşı, klip də çəkdiriblər. Qoy hamı mənim mahnımı oxusun. Amma xahiş edirəm, məndən yaxşı oxusunlar. Əgər məndən pis oxuyacaqlarsa, yalvarıram, oxumasınlar".

Əli Rəhimoğlu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.