Şou-biznes

"Qızım çox çətinlik çəkirdi" - Tünzalə Ağayeva - FOTO

18 İyun 2016 07:54
7 Şərh     Baxış: 7 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Övladım həyatının daha bir mərhələsini keçdi. Məktəb illəri hər kəsin həyatında önəmli rol oynayır. Fidanın məktəbi bitirməsi mənim üçün həm kədərli, həm də sevinclidir. Kədərlidir ona görə ki, artıq uşaq deyil, bu dövr bitdi. Sevinclidir ki, tələbəlik həyatı başlayır, sevdiyi peşə sahəsini seçəcək".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açılqmasında əməkdar artist Tünzalə Ağayeva deyib. 

Müğənni qızı Fidanın imtanahnlarından danışıb: 

"Birinci qrupa imtahan verəcək. Özü istəyib, bu sahəni seçib. Mən onun bu məsələ ilə bağlı istəyinə müdaxilə etmirəm. Övladımı istiqamətləndirə bilərəm, amma istəmədiyi peşəni zorla yeridə bilmərəm. Bu işdə ona tam sərbəstlik vermişdim".

T.Ağayeva övladının musiqi sevgisindən və yeni aranjimanda təqdim etdiyi "Son zəng" mahnısından söz açıb: 

"Son zəng mahnısını yazdıranda, ona oxuması üçün dörd cümlə vermişdim. Musiqi duyumu olduğu üçün öhdəsindən gəldi. Amma ondan böyük nəsə tələb edə bilməzdim. Çünki studiyada çox sıxılır, çətinlik çəkir".

Müğənni "İmza" adlı solo konsertindən danışaraq, onu geyimi ilə Rihannanı, səhnə davranışı ilə Tina Törneri təkrarlamaqda günahlandıranlara cavab verib:

"Müğənni hər dəfə yeni, gözlənilməz olmalı, təəccübləndirməyi bacarmalıdır. Əgər mən bunu bacarmışamsa, demək, qalibəm. 

Əslində dünyada 7 musiqi notu, bəlli rəqslər, rənglər var. Hara fırlansan da, nəsə bənzərlik olacaq. Yenidən nəsə icad edə bilmərik. Ona görə də oxşadanları normal qəbul edirəm".

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.