Şou-biznes

"Qoca qurdlarla işim yoxdur"

16 İyun 2016 18:01
40 Şərh     Baxış: 3 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev "5/5" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, müğənni şou-biznesdə küsülü olduğu ifaçılardan danışıb. 

O, aparıcı Zaur Kamalın "Niyə səhnəmizin bəzi ulduzları bir-biri ilə yola getmir? Elə üçüylə siz danışmırsınız" sualına belə cavab verib:

"Baxır kimlər bir-biri yola getmir. Ən məşhurları ilə dostam. Dediyiniz üç nəfər tək mənlə yox, başqalarıylada yola getmir. Yola gedən olmasaydım, cavanlar mənlə yola getməzdi. Paxıl olsaydım, cavanların qabağını kəsərdim, qoca qurdlarla nə işim var?

Bilmək olmaz sabah nə olacaq. Biz onlarla 1988-ci ildə səhnəyə gəldik. Aygün, Samir Bağırov və mən parladıq. Bir insan 11 il sonra gəldi səhnəyə. İnsan heç bir məclisdə 1 mahnını canlı oxuya bilmirsə, studiya, radio müğənnisidirsə, mən ona yaxşı baxmıram".

F.Ağayev sənətdəki dostlarından da danışıb:

"Aygün Kazımova ilə neçə ildir dostuq. 28 ildir tanıyırıq bir-birimizi, 15 il dostluq etdik, 13 il küsülü olmuşuq".

Qeyd edək ki, F.Ağayev illərdir xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva ilə küsülüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.