Şou-biznes

Aşıq Əli: "Avtomobilimə görə bəxtəvərlik oxuyurlar"

16 İyun 2016 22:57
34 Şərh     Baxış: 12 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aşıq Əli Tapdıqoğlu avtomobilinə görə ona bəxtəvərlik oxuyan insanlardan danışıb. O bu haqda Milli.Az-a bildirib:

"Ümumiyyətlə, mən maşın idarə etmirəm, sürücüm var. Amma elə olur ki, tələsdiyim yerə özüm də gedirəm. Sürücüm yaxın dostum olduğu üçün hər şeyi ona etibar etmişəm. Əvvəlki maşınım çox da komfortlu deyildi, ona görə də bu avtomobilimi onunla əvəzlədim. Bütün qarderobum da avtomobildədir. Mən avtomobillə reklam olunmağı sevmirəm. Bir dəfə sosial şəbəkədə maşınımın şəklini yerləşdirmişdilər, camaat qiymət kəsirdi (gülür). Çox bəxtəvərlik oxuyurdular".

Əli Rəhimoğlu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.