Şou-biznes

Elgiz əsəbləşdi: "Özlərini göylə aparırlar..." - FOTO

13 İyun 2016 16:43
18 Şərh     Baxış: 3 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə sosial şəbəkələrdə teleaparıcı Elgiz Əkbərin metroda şəkilləri paylaşılıb.

Metrodan istifadə edən aparıcının bu addımı birmənalı qarşılanmayıb. Olduqca bahalı maşına sahib olan Elgiz Əkbərin metroya minməsini sosial şəbəkə istifadəçiləri kasıblaşması ilə əlaqələndiriblər.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bizimyol.info-ya danışan aparıcı metrodan mütəmadi istifadə etdiyini bildirib. "Bizdə elə tanınmış adamlar var ki, onların maşını olmasa da, pul verib taksidən istifadə edirlər. Çünki onlar özlərini sadə xalqdan üstün sayırlar. Kimsiz siz? Xalqın içində olmaq lazımdır. Biz tanınmışlar daha çox xalqın içində olmalıyıq. Dünyada bir çox tanınmış simalar, hətta nazirlər, baş nazirlər də metrodan istifadə edirlər. Bizdə isə tanınmışlar özlərini göylə aparırlar. Bunlar metroya minməyə alçalmaq kimi baxırlar. Fikirləşirlər ki, metroya minsələr, zərləri tökülər".

Daha sonra aparıcı bir az da əsəbləşərək mövzu ilə bağlı şou-biznes adamlarından isə ümumiyyətlə danışmaq istəmədi: "Şou-biznes adamları kimdir ki? Mən şou-biznes adamı deyiləm, ona görə də onlar barədə heç danışmaq istəmirəm. Yoxsa konkret ad çəkərəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.