Şou-biznes

Azərbaycanlı model öz xalqı haqqında: "Bəziləri elə qoyun gəlib, qoyun gedəcəklər" - FOTO

12 İyun 2016 16:36
28 Şərh     Baxış: 7 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elə bil təyyarədə deyillər, bazardakı kimi qışqırırlar".

"İlahi, ayağım Bakı torpağına dəyməmiş, mən "öz xalqımızın" bütün gözəlliklərini hiss edə bildim". 

Oxu.az xəbər verir ki, bu barədə şəxsi Facebook profilində Dubaydan, "Queen of USSR" gözəllik müsabiqəsindən qayıdan azərbaycanlı model Kristina Zamir bildirib.
 
Bakıya qayıtdıqdan sonra model dərhal qeyd edib ki, "bizim ölkəmiz hər il daha da avropalaşır, bəziləri isə elə qoyun gəlib, qoyun gedəcəklər..."
 
"A-lya şanel" və Adidas krossovkalara, üzdəki bir ton kosmetikaya baxmayaraq... Elə bil təyyarədə deyillər, bazardakı kimi qışqırırlar, elə bil ətlərini kəsirlər... Elə istədim ki, qayıtmayam... Mən bütün bunlardan yadırğamışam", - deyə K. Zamir yazıb.

Qeyd edək ki, Facebook-da dərc etdiyi son məlumata görə, K. Zamir hazırda özünü "Miss Azerbaijan" müsabiqəsində aparıcı qismində sınayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.