Şou-biznes

"Qoy məni barmaqla göstərib desinlər ki, başdanxarab..."

12 İyun 2016 15:55
3 Şərh     Baxış: 4 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətova qeyri-adi rollarda çəkilmək arzusundan danışıb.

Publika.az-a açıqlama verən aktrisa rejissorlardan təklif gözləyir:
 
"Məndə kompleks yoxdur, istənilən rolun öhdəsindən gələ bilərəm. Lal, kor, kar, eybəcər, başdanxarab obrazlar yaratmaq istəyirəm. Elə bir rolda oynamaq istəyirəm ki, Azərbaycanda heç bir aktrisa bunu eləməmiş olsun. Qoy məni barmaqla göstərib desinlər ki, başdanxarab obrazını nə gözəl yaratdı".
 
Aktrisanın digər arzusu vətənpərvər filmlərlə bağlıdır:
 
"1998-ci ildə "Qırmızı qar" filmində oynamışam, ürəyimcə olan bir obrazı canlandırdım. İndi də vətənpərvər rollarda çəkilmək istəyirəm. Qəhrəman qadın rolunu canlandırmaq arzusundayam. Yəqin ki, rejissorlar mənim bu istəyimi reallaşdırarlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.